Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Apple”ın ilk kompüteri 1.4 milyona SATILDI

148 Baxış

1976-cı ildə “Apple” şirkətinin yaradıcıları Stiv Cobs və Stiv Voznyak tərəfindən hazırlanmış ilk “Apple” kompüteri ABŞ-da keçirilən hərracda 400 min dollara satılıb.

Turanmedia.az xəbər verir ki, bu barədə BBC yazıb.

Taxta qutuda olan və hələ də işlək vəziyyətdə olan nadir “Apple 1” kompüteri o vaxt buraxılan 200 cihazdan biridir.

Kaliforniyadakı Con Moran Hərrac Evi bildirib ki, kompüterin indiyə qədər yalnız iki istifadəçisi olub, bir kollec professoru onu tələbəsinə 650 dollara satıb.

Kompüterlərlə yanaşı, iki lent üzərində istifadəçi təlimatı və “Apple” proqramı da satılıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678