Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təyyarə eniş zamanı ayılara çırpıldı – FOTO

163 Baxış

“Alaska Airlines”a məxsus təyyarə eniş edərkən ayını vurub. Heyvan ölüb, təyyarəyə isə zərər dəyib.

Bu barədə “Anchorage Daily News” xəbər yayıb.

Hadisə Alyaskanın Yakutat aeroportunda baş verib.

Məlumata görə, “Boeing 737-700”ün enişindən 10 dəqiqə əvvəl hava limanının işçiləri zolağı təmizləsələr də, eniş zamanı qəfil iki ayı laynerin qarşısına çıxıb.

Qəza zamanı ayılardan biri ölüb, digəri yaralanıb.

Heyət üzvləri və sərnişinlər arasında xəsarət alan olmayıb. Təyyarənin isə sol mühərrik başlığı zədələnib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678