Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tənhalığın ÜRƏYƏ TƏSİRİ – Kardioloqlardan XƏBƏRDARLIQ

62 Baxış

“Yaşlı və tənha xəstələrin ürək sağlamlığının mənfi nəticələri ilə qarşılaşma ehtimalı daha yüksəkdir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, yaponiyalı kardioloqlar bu qənaətə gəliblər.

Araşdırmada yaşı 65-dən yuxarı olan 300 nəfər xəstəxanaya yerləşdirilib. Onların tənhalıq səviyyələrini müəyyən etmək üçün sorğu keçiriblər, bundan sonra həkimlər xəstələri daha üç il müşahidə ediblər:

“Biz aşkar etdik ki, təklik ürək çatışmazlığı olan yaşlı xəstələrdə uzunmüddətli mənfi klinik nəticələrə gətirir”.

Lakin yapon mütəxəssislər əlavə ediblər ki, müxtəlif mədəniyyətlərdə və şəraitdə insanlar öz tənhalığını fərqli qiymətləndirə bilərlər. Buna görə də, kardioloqlar dərin araşdırmaya başlayacaqlar.

Bundan başqa, peçenye istehsalında, kartof qızartmasında və keyfiyyətsiz yeməklərin hazırlanmasında istifadə olunan yağlar ürək əzələsinə zərər verə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678