Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bred Pitt sevgilisi ilə gizli görüntüləndi

29 Baxış

Hollivud ulduzu Bred Pitt və sevgilisi, zərgərlik dizayneri İnes de Ramon Beverli Hillsdə görüşərkən görüntülənib.

Turanmedia.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük kinorejissor Bennett Millerin sərgisinin olduğu “Gagosian” İncəsənət Qalereyasını ziyarət etmək qərarına gəlib.
Paparasilər cütlüyün qara rəngli lüks avtomobilidən düşərkən fotolarını çəkib. Keçən dekabrda 60 yaşı tamam olan Hollivud aktyoru cins şalvar və qəhvəyi dəri gödəkçə, 33 yaşlı İnes isə dar dəri şalvar, ağ top və yun hırka geyinib.

Qeyd edək ki, Bred Ancelinadan ayrıldıqdan sonra İneslə münasibətə başlayıb. Onlar uzun müddət birlikdə görüntülənməməyə çalışıb. Son günlər isə cütlük münasibətini gizlətmir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678