Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni il ərəfəsində “Bank Respublika”dan nağd kreditlər üzrə üçqat fayda

259 Baxış

Yeni il ərəfəsində hər birimiz müxtəlif planlar qurub, ürəyimizdə arzu tuturuq. İndi ən cəsarətli arzularınızı gerçəkləşdirmək və hədəflərinizə çatmaq daha asan olacaq.

Belə ki, 17 dekabrdan etibarən bank “20 + 21” adlı nağd kredit kampaniyasına start verir!

Kampaniya çərçivəsində bankın müştəriləri Yeni il planlarını həyata keçirmək üçün üç faydalı təklif alacaqlar.

Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə üç aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Başqa sözlə, gələn ilin ilk üç ayında kredit borcunun əsas hissəsini ödəmək qayğısı müştəriləri narahat etməyəcək.

Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20 faiz endirim edir ki, bu güzəşt “Bank Respublika”da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.

Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, üç aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21 faizi həcmində keşbək şəklində geri qaytarılmasıdır.

“Bank Respublika”da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15 faizdən başlayan sərfəli faiz dərəcəsidir. 

“20 + 21” Yeni il təklifindən bankın rəsmi veb saytı, “Facebook” səhifəsi, habelə “WhatsApp”da “Chat-Bot” xidməti üzərindən 051 4 144 144 nömrəsinə “Kredit” sözünü göndərməklə onlayn yararlana bilərsiniz.

Kampaniya 17 dekabr 2020 – 15 yanvar 2021-ci il tarixinədək davam edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678