Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın itkiləri açıqlandı – 137 780 hərbçi, 3280 tank, 296 hərbi təyyarə…

62 Baxış

Ukrayna müharibənin 354-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya indiyə qədər 137 780 hərbçi, 3280 ədəd tank, 6488 ədəd zirehli döyüş maşını, 2287 ədəd artilleriya sistemi, 465 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 234 hava hücumundan müdafiə sistemi, 296 ədəd hərbi təyyarə, 286 ədəd helikopter, 5148 ədəd avtomobil texnikası, 2 007 ədəd PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 215 xüsusi avadanlıq itirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678