Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin: “Qarabağın Ermənistan tərəfindən tanınmaması əhəmiyyətli amil oldu”

138 Baxış

“Dağlıq Qarabağın o cümlədən Ermənistan tərəfindən tanınmaması, qanlı münaqişənin gedişində əhəmiyyətli amil oldu”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Qarabağın müstəqil, ayrıca bir dövlət kimi tanınmamasına gəldikdə isə bunu müxtəlif şəkildə qiymətləndirmək olar. Ancaq şübhəsiz ki, bu, ümid edirəm ki, sona çatmış qanlı qarşıdurma zamanı da daxil olmaqla əhəmiyyətli amil oldu. Çünki, Qarabağın, o cümlədən Ermənistan tərəfindən tanınmaması faktının özü hadisələrin gedişində, onun qavrayışında əhəmiyyətli iz qoydu”, – deyə V.Putin bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678