Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrov Minsk Qrupunun həmsədrləri ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

115 Baxış

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün səylərin koordinasiyasını müzakirə edib.

Bu barədə “RİA Novosti” Rusiya XİN-ə istinadən məlumat verib.

Görüşdə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

“Danışıqlar zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabrdan atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağda və ətrafındakı vəziyyət müzakirə edilib”, – deyə Rusiya XİN-dən bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678