Ukraynanın 50 hərbçisi öldürüldü – Rusiya
13 Baxış

Rusiya Silahlı Qüvvələrinin “Şərq” qruplaşması Yujnodonetsk və Zaporojye istiqamətlərində bir sutka ərzində 50-dən çox Ukrayna hərbçisini öldürüb.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Ukraynanın 12 ədəd zirehli texnikasının sıradan çıxarıldığı bildirilib.