“Biz gözləyirik ki, Çin Rusiyaya…” – Zelenskidən AÇIQLAMA
8 Baxış

Ukrayna Çinin Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcəyini gözləyir.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində bildirib.
“Biz gözləyirik ki, Çin Rusiyaya silah tədarükçüsü olmayacaq və Rusiyaya silah və ya digər texnologiyalarla dəstək verməyəcək”, – dövlət başçısı deyib.
O qeyd edib ki, Çin lideri Si Cinpinlə söhbəti zamanı ölkəsinin prosesdən kənarda qalacağını və Rusiyaya silahla dəstək verməyəcəyini bildirib.