Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Savaşı Putin dayandırdı, sülh də Moskvada olacaq

61 Baxış

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında irəliləyişləri yalnız Rusiya meydanında gözləmək olar. Bir vaxtlar məhz Putinin vasitəçiliyi ilə imzalanmış üçtərəfli saziş Qarabağda ikinci müharibəyə son qoyub və sülh danışıqlarına start verib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Düzdür, qarşıdan gələn görüşün nəticəsi olaraq sülh sazişinin imzalanması ehtimalı azdır. Sülh müqaviləsi hələ hazır deyil. “Siyasi rəqslər”ə görə bəziləri avropalıları və amerikalıları prosesə cəlb edir. Qərb ölkələri qətiyyən heç nəyə qərar vermir. Əgər nəsə edirlərsə, bu, ancaq öz maraqlarına uyğun olaraq Cənubi Qafqazı parçalamaq və Moskvaya problem yaratmaqdır. Onlar (Qərb) uzun müddətdir ki, ATƏT-in Minsk Qrupunda idilər (Vətən müharibəsindən sonra Minsk Qrupu dağılıb – red.) və heç nə etmədilər. İndi olduğu kimi. Hər şey Moskvada həll olunur. Ona görə yox ki, Moskva və ya Putin çox böyükdür. Fakt budur ki, söhbət Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının həyati əhəmiyyət kəsb etdiyi üç qonşudan gedir. O cümlədən Rusiya üçün – iqtisadi və maddi-texniki məsələlər baxımından. Hamımız bir vaxtlar eyni ailədə olduğumuzu və eyni dildə danışdığımızı xatırlayırıq. Ölkələrin liderləri bir-birinə hörmətlə yanaşırlar. Və bu, etibar deməkdir. Bəzi məsələlərdə liderlər irəliləyəcək, bəzilərində isə razılaşmayacaqlar. Amma gec-tez bu münaqişə dayandırılmalı idi və indi sülhə nail olmaq lazımdır”, – o bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678