Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu şəhərin işğalı Rusiya üçün mühüm qələbə olacaq

46 Baxış

Marinkadakı ukraynalı əsgərlər, demək olar ki, hər gün əsgərlərinin, tanklarının və digər silahlarının sayına görə şəhərin müdafiə qarnizonunu üstələyən işğalçıların hücumlarını dəf edirlər. Amma şəhərin ələ keçirilməsi işğalçının mühüm qələbəsi olacaq.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşrinin Marinkanın müdafiəsi ilə bağlı məqaləsində bildirilib.

“Kiçik strateji şəhər tüstülənən dağıntı qalasına çevrilib və indi yıxılmamış bir neçə məhəllə qalıb. Burada əsgərlər ev-ev, otaq-otaq atəşə tutulub, o qədər yaxınlıqda vuruşurlar ki, bir-birinin fəryadını eşidə bilirlər”, – məqalədə qeyd olunub.

Məqalə müəllifləri vurğulayıblar ki, Ukraynanın taleyi Marinka və ya Avdeyevkada həll olunmur, lakin hər bir belə müdafiə qovşağı önəmlidir. Hətta bir şəhərin itirilməsi rus ordusunun irəliləyə biləcəyi boşluq yarada bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678