Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail ordusu Qəzza zolağında irimiqyaslı əməliyyatlara hazırlaşır

34 Baxış

İsrail ordusu Qəzza zolağında Fələstinin “HƏMAS” terror təşkilatına qarşı irimiqyaslı əməliyyatlara hazırlaşır.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

“Hərbi əməliyyatlar geniş maddi-texniki təchizatla tamamlanır. Yüz minlərlə ehtiyatda olan hərbçi səfərbər edilib. Havadan, dənizdən və qurudan hərtərəfli və əlaqələndirilmiş hücumu əhatə edən geniş spektrli hücum əməliyyat planlarını həyata keçirmək planlaşdırılır”, – deyə mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1300 nəfər ölüb, 3300 nəfər yaralanıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678