Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

HƏMAS-ın hücumu ilə bağlı uğursuzluğa görə məsuliyyəti bu general öz üzərinə götürdü

28 Baxış

İsrail Müdafiə Qüvvələrinin (IDF) Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri, general-mayor Aharon Haliva HƏMAS-ın qəfil hücumuna gətirib çıxaran kəşfiyyat uğursuzluqlarına görə məsuliyyət daşıdığını bəyan edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi məktubunda bildirib.

“Son 11 gündə Hərbi Kəşfiyyat İdarəsinin bölmələrinə etdiyim bütün səfərlərdə müharibənin başlanğıcının kəşfiyyat uğursuzluğu olduğunu vurğulamışam. Mənim komandanlığım altında olan Hərbi Kəşfiyyat İdarəsi HAMAS-ın törətdiyi terror hücumu barədə xəbərdarlıq etməyib. Biz ən mühüm missiyamızı yerinə yetirə bilməmişik və Hərbi Kəşfiyyat İdarəsinin rəisi kimi mən uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Nəyi araşdırmaq lazımdırsa, dərin və əhatəli şəkildə araşdırıb, nəticə çıxaracağıq. Ancaq indi yalnız qarşıda bir vəzifə var, mübarizə aparmaq və qalib gəlmək”, – general məktubunda qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678