Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ hərbi müşavirlərini İsrailə göndərib

27 Baxış

ABŞ Qəzzada quru əməliyyatı ilə bağlı məsləhət vermək üçün İsrailə amerikalı zabitlər göndərib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Amerika Birləşmiş Ştatlarının “Axios” xəbər portalı ABŞ və İsraildəki mənbələrə istinadən yayıb.

“Bayden administrasiyası bu yaxınlarda dəniz piyadası generalını və bir neçə digər zabitini quru əməliyyatları ilə bağlı məsləhətləşmələr üçün İsrailə göndərib”, – məlumatda qeyd olunub.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi məlumatı təsdiqləyib və qeyd edib ki, zabitlər bu cür əməliyyatların keçirilməsində təcrübəyə malikdirlər və bunu israillilərlə bölüşə bilərlər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678