Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsraildən atəşkəs təklifi: HƏMAS rədd etdi

33 Baxış

İsrail bütün girovların azad edilməsi və Qəzza zolağında ölən israillilərin cəsədlərinin qaytarılması müqabilində atəşkəs təklif edib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

“İsrail bütün girovların azad edilməsi və ölən israillilərin cəsədlərinin təhvil verilməsi müqabilində atəşkəs təklif edib. Lakin HƏMAS bu təklifi rədd edib və fələstinli məhbusların azad edilməsini tələb edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, girovların azad edilməsi üçün Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS ilə İsrail arasında danışıqlar aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678