İsrail Hizibullaha növbəti dəfə zərbə endirdi

12 Baxış

İsrail ordusu Livan ərazisinə zərbələr endirib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında bildirilib.

Qeyd edilib ki, İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq sözügedən tədbirlər görülüb:

“Bir müddət əvvəl Livandakı terror qruplaşması İsrailin Meys əl-Cəbəl bölgəsinə doğru tank əleyhinə raketlər atmağa cəhd edib. İsrail ordusu terrorçuların hücrəsinə zərbə endirib”.

Həmçinin vurğulanıb ki, İsrail təyyarələri Hizbullahın hərbi infrastrukturuna və raket buraxılış məntəqəsinə zərbələr endirib.