ABŞ-dan Ukraynaya 425 milyonluq yeni hərbi yardım
8 Baxış

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” iki amerikalı rəsminin bəyanatına istinadən məlumat yayıb.
Yeni paketə rus pilotsuz təyyarələrini məhv etmək üçün lazerlə idarə olunan sursatlar, NASAMS və HİMARS üçün əlavə döyüş sursatlar, TOV tank əleyhinə sistemlər və.s sistemlər daxildir.
ABŞ rəsmiləri həmçinin kiçik silahlar və onlarla yük maşınının veriləcəyini bildiriblər.