İsrail unikal həll yolu tapdı: HƏMAS-ın tunelləri…

9 Baxış

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının yeraltı tunellərinin tamamilə məhv edilməsi problemi ilə bağlı unikal həll yollarına malikdir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant “Yerusəlim Post” qəzetinə müsahibəsində deyib.

“İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın bütün yeraltı tunellərinə çatmaq və onları məhv etmək imkanına malikdir”, – deyə nazir bildirib.

O, həll yollarının nədən ibarət olmasını açıqlamayıb.

Qallant həmçinin qeyd edib ki, İsrail qoşunları sektor daxilində ağır döyüşlər aparır, lakin İsrailin aşkar üstünlüyü var.