Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyaya qalib gəlmək üçün 3 şey lazımdır – Zelenski

28 Baxış

Ukraynaya Rusiya Federasiyası ilə mübarizəyə təkan verəcək üç əsas qələbə lazımdır.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Latviya Prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, ilk qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq:

“Birincisi, Konqres ilə bu problem asan deyil. Lakin Ukrayna yardımın olması üçün əlindən gələni etməlidir.

İkinci qələbə AB-nin dəstəyidir. O cümlədən, Ukrayna 50 milyard avro məbləğində yardım paketi əldə etməlidir. AB-də hər kəs bu gün bu paketi dəstəkləməyə hazır deyil.

Üçüncü qələbə isə Ukraynanın AB-yə gələcək üzvlüyü ilə bağlı dialoqun başlamasıdır.

Bu, döyüş meydanında canını verənlər üçün motivasiyaedici addımdır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678