Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqon Ordumuzun bu taktikasını öyrənir – ABŞ mediası

38 Baxış

ABŞ-ın “Scientific American” jurnalı Pentaqonun Qarabağdakı müharibə təcrübəsini öyrənərək, PUA-ları təkmilləşdirdiyini yazıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məqalədə Pentaqonun Azərbaycanın Qarabağda apardığı 44 günlük müharibə təcrübəsindən PUA-ların sürü hücumlarına qarşı effektiv silahlar hazırlamaq üçün əsas kimi istifadə etdiyi bildirilib. Qeyd edilib ki, gələcək müharibələrdə “arı sürüsü” üsulu ilə PUA hücumu qələbənin açarı ola bilər.

Araşdırmada eyni zamanda oktyabrın 7-də HƏMAS yaraqlılarının genişmiqyaslı hücum zamanı İsrail radarlarını çaş-baş salmaq üçün məhz bu taktikaya əməl etdiyi bildirilib.

“Qəfil hücumun ilk saatlarında HƏMAS İsrailin müşahidə qüllələrinə və müşahidə kameralarına PUA-lar ilə koordinasiyalı zərbələr endirdi. Bu hücumlar İsrail ordusunun Qəzza zolağında müşahidə qabiliyyətini korlamaq, beləliklə də silahlıların ölkə ərazisinə girməsi üçün yol açmaq məqsədi daşıyırdı”, – məqalədə qeyd olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678