Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail Qəzzanın şimalında döyüş əməliyyatlarının bitdiyini elan edib

29 Baxış

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə Fələstin anklavının cənubunda da intensiv döyüşləri dayandırmaq niyyətindədir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant xalqa müraciəti zamanı deyib.

Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatın lap əvvəlində İsrail hakimiyyəti onun həyata keçirilməsi üçün vaxt çərçivəsini müəyyənləşdirib.

“Anklavın şimalında bu mərhələ başa çatıb. Anklavın cənubunda da biz buna nail olacağıq və tezliklə başa çatdıracağıq”, – Qalant vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin iqtisadiyyat naziri Neil Barkat ölkəsinin Fələstin hərəkatı ağ bayraq qaldırana qədər HƏMAS-la silahlı qarşıdurmanı davam etdirmək niyyətində olduğunu açıqlayıb. O, qeyd edib ki, döyüşləri dayandırmaq üçün HƏMAS təslim olduğunu elan etməli və əsir düşən insanları azad etməlidir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678