Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu – FOTO

160 Baxış

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid olub. 

Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov “Facebook” səhifəsində məlumat paylaşıb.

“Nigaran idik, amma ümidli idik… İtkin xəbərini alandan bəri yaşadığına inanırdıq. Qazi kimi dönəcəyinə, xidmət etdiyi gömrük postunda fəaliyyətini davam etdirəcəyinə inanırdıq.

Qayıtdı, amma şəhid kimi… Torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək qayıtdı Hacıyev Ülvi Şirin oğlu. Vətən Müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanmışdı.

Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub, ən yüksək məqama yüksəlib. Şəhadətin mübarək, Vətən oğlu! Ruhun qarşısında baş əyirik, şəhidim! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin!” 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678