Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ qazisinin doğum gününü xəstəxanada qeyd etdilər – VİDEO

134 Baxış

Vətən Müharibəsinin iştirakçılarından biri, ölkəmizin suverenliyi uğrunda döyüşlərdə yaralanmış qazi Hüseyn Abdullayevin doğum günü müalicə olunduğu hospitalda qeyd edilib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Hospitalın həkim və tibb bacısı heyəti qəhrəman qazimizə tort alıblar və onun üçün “Ad günün mübarək!” mahnısını oxuyublar.

Qeyd edək ki, sentyabrın 27-dən etibarən döyüşlərə qatılan Hüseyn Cəbrayıl döyüşlərində qəlpə yarası alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678