Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ASAN sədri: “YAŞAT”a müraciət edən hər bir şəxsin evinə gedəcəyik”

155 Baxış

Yeni yaradılan “YAŞAT” Fonduna müraciət edən şəhid və yaralıların ailələrinə dəstək göstəriləcək.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun yaradılması ilə bağlı keçirilən məlumat konfransında bildirib.

Onun sözlərinə görə, müraciət daxil olan zaman həmin şəxslərin evinə baş çəkiləcək:

“Əgər bir ay ərzində vətəndaşın ehtiyacını qarşılaya bilmiriksə, həmin ailə haqqında məlumat yerləşdiriləcək və vətəndaşlar onlara yardım edə bilərlər”.

Ü.Mehdiyev qeyd edib ki, hər bir ianə edən şəxsin platformada xüsusi kabineti olacaq və o, ödədiyi vəsaitin xərcləndirməsinə nəzarət edə biləcək.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678