Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yoldaşlarım şəhid olub, amma məndən narahat olmayın” – FOTO

207 Baxış

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşub.

Torpaqlarımızın işğaldan azad edilməsi üçün Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Şahbabayev Güləddin Zəfər oğludur.

O, 21 may 2001-ci ildə Şabran rayonunun Düz Bilici kəndində anadan olub.

Ailədə üç uşaq olublar. Güləddin ailənin böyük oğlu olub. 2019-cu ildə Cəlillabad rayonuna hərbi xidmətə gedib. O, şəhid olan zaman bir il üç ayın əsgəri olub. 2021-ci ilin yanvar ayında tərxis olunacaqdı. 

Şəhidimiz Vətən Müharibəsi zamanı Murov yüksəkliyində, Xocavənd və Füzuli istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 17-də Füzulidə şəhid olub və öz kəndində dəfn olunub.

G.Şahbabayev sonuncu dəfə ailəsinə zəng edən zaman Murov yüksəkliyində uşaqların şəhid olduğunu, ondan narahat olmamalarını bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678