Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən üçün canını fəda edən şəhid gizirimiz: Qanı ilə tarix yazan qəhrəmanımız

164 Baxış

Azərbaycanın 44 gün davam edən və ordumuzun inamlı qələbəsi ilə başa çatan Vətən Müharibəsi neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yaddaşlara həkk olundu.

Qarşılarına 30 ilin həsrətinə son qoymağı məqsəd qoyanlar ömürlərinin baharında, gənc yaşlarında bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Gözlərini də qırpmadan “Vətən sağ olsun dedilər”.

Elə 30 yaşlı şəhid gizirimiz Əliyev Xəqani Füzuli oğlu kimi.

II Qarabağ müharibəsinin qələbə ilə bitməsində əməyi olan, qanı ilə tarix yazan şəhidimiz 1990-cı il iyul ayının 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində doğulub. O, 2009-cu ildə 10 saylı Sumqayıt şəhər Peşə Liseyini bitirib. 2011-ci ildə Daxili Qoşunlarda xidmətə başlayıb. 

2013-cü ildə ehtiyata buraxılan Xəqani Əliyev daha sonra, 2015-ci ildə yenidən N saylı hərbi hissədə kəşfiyyat tağım komandirinin müavini kimi xidmətə başlayır.

Yüksək döyüşçü bacarıqları və qüsursuz xidməti nəzərə alınan Xəqani Əliyev “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Ağır döyüşlərdən birində bir neçə güllə yarası almağına baxmayaraq, hospitalda müalicəsini yarımçıq qoyub “əsgərlərim orada qan tökən vaxt mənim burada olmağım doğru deyil” deyərək yenidən döyüş bölgəsinə qayıdıb və oktyabrın 28-də qəhrəmancasına şəhid olub.

Şəhid gizirimiz nişanlı idi. Qələbədən sonra toyu olacaqdı…


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678