Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaralı halda xəstəxanadan çıxıb döyüşə yollanıb – “Şuşa qartalı” adlandırılan şəhid mayor – FOTO

145 Baxış

Son döyüşlərdə göstərdiyi şücaətlərə görə döyüş yoldaşları ona “Şuşa qartalı” adını vermişdilər. O, Şuşa azad edildikdən sonra şəhidlik zirvəsinə ucalıb.

Bunu Trend-ə Vətən Müharibəsində şəhid olan mayor Bəhruz Abışovun qardaşı Zaur Abışov deyib.

Onun sözlrinə görə, 1983-cü il təvəllüdlü B.Abışov orta məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Akademiyanı uğurla başa vuran B.Abışov N saylı hərbi hissədə bölük komandiri kimi işə başlayıb. Daha sonra müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb.

Z.Abışov əlavə edib ki, qardaşı müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. O, Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Tuğ, Azıx, Böyüktağlar kəndlərinin, Daşaltı qəsəbəsinin, Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərib: 

“Döyüş yoldaşlarının dediyinə görə, yaralanan zaman onu xəstəxanaya aparıblar. Ona deyiblər ki, bir neçə gün burada yatmalısan. Lakin “döyüş yoldaşlarım orada döyüşür, mən burada qala bilmərəm” deyib xəstəxanadan çıxaraq yenidən döyüşlərə gedib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678