Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ qazisi: “Polad Həşimov şəhid olanda söz vermişdim ki, qisasını alacağam”

144 Baxış

“Hələ general-mayor Polad Həşimov şəhid olanda özümə söz vermişdim ki, bütün şəhidlərimizin qisasını alacağam”.

Trend-in məlumatına görə, bunu İkinci Qarabağ müharibəsinin qazisi Vüsal Şahbazov deyib.

Onun sözlərinə görə, Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərə sevinərək gedib:

“Komandirim deyəndə ki, Şuşaya döyüşməyə gedirsiniz, hamımız sevindik. Gecə dumanda komandirimizlə birlikdə hərəkət etməyə başladıq. Əvvəlcə Şuşanın ətrafındakı kəndləri almağa başladıq. İki kəndi aldıq, gecə üçüncü kəndə daxil olduq. Orada düşmənin dərin bir səngəri var idi.

Biz həmin səngəri onlardan səssiz, əlbəyaxa döyüşlə aldıq. Onların orada təminatları yaxşı idi, amma inanmırdılar ki, biz Şuşaya girə bilərik, ona görə də çox rahat idilər. Həmin səngərdə 3 gün qaldıq və orada gecə-gündüz müşahidə aparırdıq. Bu səngərə 3-4 gündən bir silah, ərzaq gətirirdilər. ÜÇ gündən sonra gördük ki, səngərə tərəf maşınlar gəlir. Görəndə ki, onlara yaxınlaşan yoxdur, şübhələndilər. Biz onları mühasirəyə aldıq, atışma başladı”.

Həmin döyüşlərdə ermənilərin üç polkovnikini əsir götürdüklərini deyən V.Şahbazov daha sonra Şuşa şəhərinin erməni işğalından azad olunması üçün döyüşdüyünü söyləyib.

O, elə Şuşa şəhəri uğrunda aparılan döyüşlər zamanı ermənilərin minaatandan atdığı mərmi nəticəsində yaralanıb:

“Döyüşə-döyüşə irəliləyib Şuşa şəhərinə çatmışdıq. Şuşada güclü döyüş gedirdi.

Onların atmağa artıq heç nəyi qalmamışdı, məğlubiyyətlərini başa düşürdülər, qaçan qaçırdı, qaçmayan bizə atəş açırdı. Erməninin davamlı atəş açdığını gördükdə özümü orada olan bir yüksəklikdən aşağı atdım. Silahımı da götürdüm ki, düşmən məni əsir götürmək istəsə, özümü öldürüm, əsir düşməyim”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678