Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

44 günlük Vətən müharibəsinin xüsusi təyinatlı şəhid kəşfiyyatçısı – VİDEO

145 Baxış

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçısı və snayperi Zaur Saleh oğlu Kərimovdur.

“Report” xəbər verir ki, Z.Kərimov Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət keçən Zaurun hərbçi olmasına valideynləri razı olmayıb. Ancaq hərbə marağı onu yenidən ordu sıralarına geri qaytarıb.

Bərdə şəhərində hərbi kurs keçdikdən sonra müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi hərbi xidmətə başlayıb. Hərbi xidmətdə xüsusi fədakarlıq və şücaət göstərdiyinə görə komandirləri onu XTQ-də xidmət etməyi məsləhət görürlər. Beləcə Zaur kursu uğurla bitirərək XTQ-də xidmətə başlayır.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda ağır döyüş tapşırıqlarını yerinə yetirmək üçün Zaur da snayper, kəşfiyyatçı kimi ön cəbhəyə yollanır, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edir. Sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır.

Onun nəşi oktyabrın 28-də Kürdəmir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678