Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni əsirliyindən qaytarılan Amin Musayevin anasından AÇIQLAMA – FOTO

166 Baxış

“Aminin yaralandığını əks etdirən videoları gördüm. Oğlumu əsir götürmüşdülər. Onu rusiyalı jurnalist çəkmişdi”.

Bunu Oxu.Az-a açıqlamasında Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin anası Hicran Sadıqova oğlunun əsirlikdən qaytarılması ilə bağlı duyğularını bölüşərkən deyib.

Sevincli ana vurğulayıb ki, oğlunun həmin görüntülərinə sonacan baxa bilməyib:

“Bu barədə mənə daha ətraflı bacım, qardaşım dedi. Onu tək böyütdüyüm üçün axıra qədər övladımı izləməkdən qorxdum. Şükürlər olsun ki, çox inandığım Ali Baş Komandan mənim yeganə övladımı mənə qaytardı. O, bütün anaları sevindirdi. Mehriban xanıma da, İlham Əliyevə də minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Əsgərlərimiz canı sağ olsun, tez müddətdə evlərinə dönsünlər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678