Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şirvan sakinləri qazilərini böyük coşqu ilə qarşıladı – VİDEO

114 Baxış

Sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü yollanmış, Cəbrayıl, Qubadlı və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş 23 yaşlı Şirvan sakini Sadiq Zeyniyev doğulduğu rayona dönüb.

Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralandıqdan sonra Zərdab rayon xəstəxanasına yerləşdirilən və bir müddət müalicə alan əsgərimiz yenidən cəbhəyə qayıdıb və Şuşa uğrunda gedən döyüşlərə qatılıb.

Digər qazimiz, 24 yaşlı İlkin Qarayev də döyüşə könüllü yollananlardandır.

Hər iki qazinin ailələrinə dönməsi onların yaxınları, qohumları və Şirvan ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678