Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Öz nişanında iştirak edə bilməyən şəhid – FOTO

124 Baxış

“Qardaşım 1995-ci ildə İmişli rayonunda anadan olub. 2015-ci ildə gizir kurslarına gedib, kursu bitirdikdən sonra Qusar rayonunda BTR komandiri kimi hərbi fəaliyyətə başlayıb. 2016-cı il hərbi hissənin tərkibində BTR komandiri kimi döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsindən sonra öz hərbi hissəsinə qayıdaraq Hərbi Komissiyanın şeçimi ilə XTQ-də kurs keçib”.

Bunu Milli.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin giziri Nemət Cavadlının bacısı Fatimə xanım deyib:

“2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayandan döyüş bölgəsində olub. 35-36 gün müharibədə döyüş yolu keçib. Müharibə zamanı düşmənin beş tankını, iki hərbi maşınını, içində canlı qüvvəsi olmaq şərtilə, ayrı-ayrı yerlərdə yenə xeyli sayda canlı qüvvəsini məhv edib.

Döyüş yolu Kəlbəcərdən başlayıb, Cəbrayıl, Füzuli istiqamətində bütün ərazilərin işğaldan azad edilməsində iştirak edib. Axırıncı döyüşü Daşaltının alınması uğrunda olub. Şuşanın 3 kilometrliyində oktyabrın 31-i Daşaltı kəndində şəhid olub”.

Şəhid bacısı bildirib ki, Nemətə heç öz nişan mərasimində iştirak etmək nəsib olmayıb:

“Zəhməti ilə ev tikdirdi özünə, amma bir gecə evində yatmaq qismət olmadı. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək idi.

Nişanlı idi müharibədən sonra toy etməyi planlaşdırırdıq, amma qismət olmadı. Heç nişanında belə xidməti ilə əlaqədar iştirak edə bilmədi.

Şəhid olduqdan sonra “Qarabağ ordeni” və “Vətən uğrunda” medalları ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678