Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən Müharibəsinin 18 yaşlı əsgəri Murov döyüşlərində şəhid olub – FOTO

162 Baxış

Azərbaycan 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. 

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2802 hərbi qulluqçusu həlak olub. Onlardan biri də şəhid Rəhman Bəşirovdur. O, 2002-ci ilin mart ayında Salyan rayonunda doğulub. 

R.Bəşirov ailənin beş övladından biri olub. O, 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. 

Hərbi xidmətdə olan zaman ailəsi ilə tez-tez əlaqə saxlayıb. Sonuncu dəfə sentyabrın 23-də ailəsinə zəng edib. 

Dörd bacının qardaşı olan şəhid Murov dağı istiqamətində gedən döyüşlərdə şəhid olub. Qəhrəmanımız noyabrın 27-də dəfn edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678