Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilən hərbçilərimiz – FOTO

163 Baxış

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif olunublar.

Onların arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Asəf Nəsibov Səfəralı oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiklərinə görə Cavid Bağırov Malik oğlu, Sərxan Qafarlı Qüdrət oğlu, Rəşad Abasov Barat oğlu, Olxan Tağıyev Arif oğlu, Musa Abbasov Zirəddin oğlu, Elməddin Dəmirli Mübariz oğlu “Cəsur döyüşçü” medalı ilə təltif ediliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678