Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“AzerGold” ordudan tərxis olunmuş əməkdaşlarıyla görüşüb – FOTO

142 Baxış

“AzerGold”un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib.

Həmçinin, QSC-nin kollektivi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşlarından biri olan baş leytenant Muxtar Qasımlının məzarını ziyarət edib. Füzuli rayonunun azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

Eləcə də, Çovdar Filiz Emalı Sahəsinin əməkdaşları Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilən cəmiyyətin digər əməkdaşı, baş leytenant Rauf Əsgərovun məzarı ziyarət edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidlərimiz “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, Rauf Əsgərov həmçinin “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Əlavə edilib ki, “AzerGold” QSC-nin əməkdaşları kapitan Ruslan Muradov Xocavənd, Qubadlı və Şuşa isqamətlərində, baş leytenant Tələt Tağıyev Gədəbəyin müdafiəsində, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov,  Elmir Verdiyev, Sehran Əliyev Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678