Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XTQ-nin cəsur Eyniyev qardaşları: Atası bir oğlunun şəhid olacağını yuxuda görüb – VİDEO

129 Baxış

Vətənini düşməndən təmizləmək üçün cəbhəyə yollanan iki qardaş, Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri Tərlan və Vüsal Eyniyevlər eyni gündə cəbhəyə yola düşüb. Onlar eyni vaxtda cəbhəyə yollansalar da, ayrı yerlərdə döyüşlərdə olublar.

Valideynləri bildirir ki, onlar hər dəfə evə zəng edəndə bir-birini soruşurdular:

“Biz onlardan narahat idik, onlar isə bir-birindən”.

Tərlan Eyniyev II Qarabağ Müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır.

Qəhrəmanların anası Əzizə Ələsgərova deyir ki, şəhid oğlu nişanlı idi, ona toy etmək qismət olmurdu:

“Toydan söz düşəndə deyirdi ki, hələ yox, olmaz”.

Qəhrəmanlarımızın atası Gürşad Eyniyev bildirib ki, bir oğlunun şəhid olacağını yuxusunda görmüşdü:

“Həmin gecə yuxuda gördüm ki, rəhmətlik atam oğlum Tərlanı oyadıb, özü ilə aparır. Səsimə bütün ailə yuxudan oyandı”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678