Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

28 il erməni vəhşiliyinin izlərini silə bilməyib: Qubadlı zəfəri böyük qayıdışı müjdələyir – VİDEO

136 Baxış

Erməni işğalından azad edilən Qubadlı sakinləri bu hadisənin sevincini yaşayırlar.

Baku TV-nin əməkdaşları ilə söhbətdə onlar 27 ildir unuda bilmədiyi erməni vəhşiliyindən danışıblar.

Rəşadətli Ordumuz sayəsində 25 oktyabr Qubadlı tarixinə zəfər günü kimi əbədi həkk olundu. 28 ildir məcburi köçkün həyatı yaşayan Əhmədovlar ailəsi bu gün Qubadlının azad olunması xəbərinə sevinir.

Raya xanım danışır ki, ermənilər onun gözü qarşısında bacı və qardaşlarına işgəncələr veriblər. Bütün bacı-qardaşlarını amansızlıqla öldürən ermənilər Raya xanıma da acımayıblar. Ermənilərin onun əlinə açdığı atəş artıq 28 ildir ki, onun həyatında iz qoyub.

Əhmədovlar ailəsinin başçısı Bəşir kişi isə son nəfəsinə qədər Qubadlının həsrəti ilə yaşayıb. Lakin ona Qubadlını görmək qismət olmayıb.

Bu gün Bəşir kişinin vəsiyyətini yerinə yetirmək üçün ailə Qubadlıya qayıtmaq üçün günləri sayır. Böyük qayıdışa isə çox az qalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678