Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksandr Fomin: “Birgə Mərkəz Dağlıq Qarabağda daimi sülhün bərqərar olmasına cavabdehdir”

129 Baxış

“Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin səyləri ilə münaqişə dayandırıldı”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında deyib.

O bildirib ki, sülh bəyanatı Rusiya sülhməramlıların Qarabağda sülh missiyasını həyata keçirməyə imkan yaradıb.

“Rusiya sülhməramlıları bölgənin minalardan təmizlənməsi, əsirlərin mübadiləsi və qaçqınların geri qaytarılmasına məsuldur”.

“Birgə Mərkəz vasitəsilə Rusiya və Türkiyə regionda sülhü, sabitliyi qorumaq üçün əlindən gələni etməlidir, Dağlıq Qarabağda daimi sülhün bərqərar olması üçün səylər göstərməlidir”,-deyə o əlavə edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678