Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İqbal Dürrə: “ASALA absurd açıqlamalar verən terror təşkilatıdır”

148 Baxış

Erməni terror təşkilatı ASALA (Armenian Secret Army for the Liberation of Armenia) son günlər bir sıra diqqətçəkən açıqlamalar verib.

Belə ki, ASALA “taktiki fasilə” qərarına yenidən baxıldığını elan edib və indi “ermənilərin müdafiəsi üçün” öhdəliklərin bir hissəsini öz üzərinə götürür, yeni “ağlabatan” fəaliyyət strategiyası hazırlayır.

Başqa sözlə desək, ASALA terror fəaliyyətinin bərpasını açıq şəkildə bəyan edib.

Bu təşkilatın siyasi bürosunun nümayəndəsi Aram Aykazyan isə bildirib ki, ASALA Türkiyənin dağılmasının təşkilində iştirak edəcək, Türkiyənin parçalanması isə Naxçıvanın erməniləşməsinə, Azərbaycan Respublikasının təcrid olunmasına və Ermənistanın beynəlxalq sulara çıxışına gətirib çıxaracaq.

Türkiyədən olan politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert İqbal Dürrə ASALA-nın verdiyi açıqlamaları Media.Az-a şərh edərək bildirib ki, bunları ciddi qəbul etmək lazım deyil:

“Nə edə bilərlər ki? Ermənistan ordusu bir şey edə bilmir və terror metodlarının köməyi ilə nəyəsə nail olmaq istəyirlər? ASALA sadəcə hansısa açıqlama verən bir terror təşkilatıdır. Bu, absurddur”.

Bəs hansısa terror hücumları istisna edilə bilərmi?

– Əlbəttə ki, istənilən terror təşkilatı terror hücumlarını planlaşdıra bilər. Bəs nə əldə edəcəklər? Kim onları dəstəkləyəcək? ASALA türklərə hansısa zərbə vura bilər, insanlar öləcək. Bəs sonra? Aydındır ki, Türkiyə də cavab zərbəsi endirəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678