Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ANAMA: Bərdə qadağan olunmuş kaset sursatla atəşə məruz qalıb – FOTO

166 Baxış

Erməniatanın hərbi qüvvələri mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərini hədəfə aldı.

Bu barədə ANAMA “Twitter” hesabında operativ məlumat paylaşıb. 

Məlumatda qeyd edilir ki, ANAMA-nın xüsusi çevik qrupları əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibində 72 ədəd 9N235 bombaçığın qalıqları aşkar edib: 

“Bu bombaçıqların partlaması nəticəsində 1 nəfər azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 ev yararsız hala düşüb. 

Bu fakt Ermənistan hərbi qruplarının mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə etdiyini təsdiq edir”. 

?? OPERATİV MƏLUMAT ??

?? hərbi qüvvələri mülki əhalinin sıx yaşadığı ?? Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərini hədəfə aldı.

Mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər.@HikmetHajiyev @AzerbaijanMFA pic.twitter.com/thWf5UmXE0

— ANAMA (@ANAMA_gov_az) October 27, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678