Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın Türkiyədən aldığı minatəmizləyən texnikanın üstünlükləri açıqlandı

137 Baxış

Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov Türkiyədən alınan mexaniki minatəmizləmə texnikasının üstünlüklərini açıqlayıb.

“Report”un xəbərinə görə, o, Türkiyədən alınan mexaniki minatəmizləmə texnikasının tətbiqi nəticəsində ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı vaxt sərfiyyatında qısalma olacağını bildirib.

“Bu texnikalar zirehlidir və 500 metrədək məsafədən idarə olunur. İnsansızdır. Ona görə mina sahəsində hər hansı partlayışlar baş verərsə, şəxsi heyətin xəsarət almasının qarşısı alınacaq”, – o vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678