Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi zamanı ağır yaralanaraq komaya düşən əsgərimizin anası danışdı – VİDEO

138 Baxış

125 gün sonra komadan ayıldığı deyilən əsgər İsmayılzadə Tacəddin Vüqar oğlunun anası açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, onun sözlərinə görə, Tacəddin komadan ayılmayıb:

“Balam Tacəddin 125 gündür ki, komadadır. Çox xahiş edirəm özünüzdən söz yazıb, hamının hissləri ilə oynamayın. Balamın vəziyyəti çox ağırdır, hər an Allaha yalvarıram ki, pis xəbər eşitməyim. Nə olar bizim hisslərimizlə oynamayın”.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə əsgərimizin komandan ayılması ilə bağlı məlumat və video yayılıb.

Xatırladaq ki, Tacəddin İsmayılzadə oktyabrın 9-u Füzuli istiqamətində gedən ağır döyüşlərdə yaralanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678