Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev: “Düşmən etnik və mədəni təmizləmə törədir”

152 Baxış

“Ermənistan tərəfdən işğalın biri də qəsdən Azərbaycan Respublikasının, xalqının milli irsinin dağıdılmasıdır. Buna etnik və mədəni təmizləmə demək olar”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun hər biri cinayətdir və insanlıq əleyhinə atılan addımlardır:

“Ermənistan tərəfindən Azərbaycan mədəniyyətinə edilən hücumlar dünya bəşəriyyət və abidələrinə qarşı edilən qəsdlər, hücumlardır. Beynəlxalq hüquqda birmənalı olaraq silahlı münaqişələrlə bağlı mədəni irsin qorunması ilə bağlı müddəalar var. Bu müddəaların Ermənistan tərəfindən pozulmasının şahidi oluruq”.

H.Hacıyev qeyd edib ki, Ermənistanın davam edən işğalı minlərlə insanı öz qohumlarının qəbirlərini ziyarət etməkdən məhrum edir:

“Digər tərəfdən, bu qəbiristanlıqları qəsdən dağıtmaqda davam edir. Azərbaycan xalqının mədəni irsinin dağıdılması bəşəriyyət əleyhinə atılan addımlardır. Etnik və mədəni təmizləmə siyasətinin təzahürüdür. Azərbaycan xalqına məxsus olan Şuşadakı məscidin dağıdılması bunun bariz nümunəsidir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678