Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı ekspert: “Ermənilərin Füzuli və Ağdam rayonlarında törətdiyi vandallıq görünməmiş miqyasdadır”

148 Baxış

Rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Füzuli və Ağdam rayonlarında olub.

Oxu.Az-ın məlumatına görə, o, bununla bağlı fotolarını özünün “Telegram” kanalında paylaşıb.

“Mən “qaynar nöqtələrdə” – Suriyada, Bosniya və Herseqovinada, Kosovoda, Serbiyada olmuşam. Lakin Ağdam və Füzulidəki dağıntı miqyasına və nəticələrinə görə misilsizdir”, – deyə o, bildirib.

O, Füzuli və Ağdamı gəzərkən çəkdiyi şok görüntüləri paylaşıb-paylaşmamaq barədə uzun müddət düşündüyünü deyib.

“Sonra qərar verdim: Müharibə cinayətlərini göstərmək lazımdır”.

Hərbi ekspert bu səfər çərçivəsində risk faktorundan da danışdı, axı ermənilərin basdırdığı minalar və mərmilər hələ də ətrafdadır.

“Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində özlərindən sonra onlarla kvadrat kilometr minalanmış sahə qoydular. Lakin İrəvan minalanma xəritələrini təhvil verməkdən imtina edir. Mina təhlükəsi hər addımda bizi müşayiət edir”, – deyə Koronçenko bildirib.

O, həmçinin hərbi cinayətlərə – dağıdılan dinc şəhərlərə, Xocalıdakı qətliama görə günahkarların cavab verməli olduğunu qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678