Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni kilsəsi terroru təşviq edir – VİDEO

176 Baxış

Din xadimlərinin qarşısında duran əsas vəzifə insan həyatını qorumaq, ədalətə söykənməkdir. Ancaq bir neçə gün əvvəl bütün Ermənistanın katolikosu II Qareginin müraciəti, xalqı, hətta uşaqları müharibəyə çağırması, əslində, dini lider olaraq ona başucalığı gətirmir.

Onun bu hərəkəti daha böyük fəlakətlərə səbəb ola bilər. Erməni kilsəsinin əsas niyyəti müharibəni dini müstəviyə daşımaqdır. Bununla da onlar tolerant ölkə olan Azərbaycana qarşı aqressiv münasibət yaratmağı hədəfləyirlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev məsələ ilə bağlı AZTV-yə danışıb:

“II Qareginin ifadələrində var ki, bu müharibəyə bizi Azərbaycan vadar edir. Amma Azərbaycanın heç bir xalqın, millətin, ölkənin torpağında gözü yoxdur.

Azərbaycan özünün işğal olunmuş torpaqlarını düşməndən azad edir. Azərbaycanın işğal olunmuş torpaqlarında bir neçə məscid qalıb-qalmayıb, bu, mübahisəli məsələdir. Halbuki Bakıda erməni kilsəsi var”.

Daha ətraflı AZTV-nin videosüjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678