Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İki şəhidin həyat və döyüş yolu – VİDEO

124 Baxış

Bəlkə də dünyada oğlunu itirən ananın dərdindən dünyada böyük dərd olmaz. Şəhid anası olmaq isə həm məsuliyyətli, həm də şərəflidir.

“Report”un növbəti süjetində xalqımızın qəhrəman oğulları, Vətən müharibəsində şəhid olmuş Muxtar Qasımlının anası Almaz Qasımova və Rəşad Quliyevin anası Mətanət Quliyeva danışıb.

Baş leytenant Muxtar Qasımlı oktyabrın 2-də Füzuli rayonunun Alxanlı kəndinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 1993-cü il fevralın 23-də Bakıda dünyaya göz açan Muxtar idmançı kimi karyerasında bir sıra uğura imza atıb, cəmiyyətdəki fəaliyyəti ilə seçilib.

Polkovnik-leytenant Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Bakıda anadan olub. Həyatının 20 ilini vətənə xidmətə həsr edən Rəşad 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunmasında da iştirak edib. Oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678