Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ANAMA: “Xəritə olmadığı üçün minaları aşkar etmək çətindir”

141 Baxış

Minalanmış sahələrin xəritəsi olmadığı üçün minaları aşkar etmək çətindir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədəd Məmmədov deyib.

O qeyd edib ki, düşmən hələ də o xəritələri Azərbaycan hökumətinə təhvil verməyib:

“Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi ən aktual məsələlərdəndir və hökumət tərəfindən daim diqqətdə saxlanılır. Ermənistan tərəfi isə minalanmış sahələrin xəritəsini bizə təqdim etməyib. Bu səbəbdən minalanmış xətləri aşkara çıxarmaq çətindir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678