Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ Azərbaycandır” şüarı ilə avtomobil yürüşü – VİDEO

152 Baxış

Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə “Qarabağ Azərbaycandır” avtomobil yürüşü keçirilib.

Tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub.

Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər Milli Məclisin binası qarşısından yürüşə başlayaraq Bakının mərkəzi küçələri hərəkət edib.

Azərbaycanın Rus icmasının sədri Mixail Zabelin bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək:

“Buna hər birimiz inanırıq. İşğal altında olan torpaqlarımız azad olunacaq və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Azad olunan torpaqlara həyat qayıdacaq. Keçirilən yürüşün məqsədi də Azərbaycan Ordusuna dəstək olmaqdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678