Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşaya “İskəndər-M” raketinin atılmasının əsl məqsədi nədir? – VİDEO

157 Baxış

İrəvan Azərbaycanla Rusiya arasındakı münasibəti kormalaq üçün Şuşaya “İskəndər-M” raketi atıb.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, raket Gümrü ətrafından atılıb:

“Düşünürəm ki, Şuşaya atılan “İskəndər-M” raketi Gümrüyə qədər gətirilib. Ermənilər Azərbaycanla Rusiya münasibətlərini korlamaq məqsədilə onu Gümrü ətrafından atıblar. 

Raketin konkret olaraq Rusiyadan atılması məsələsi inandırıcı deyil. Ermənistan maraqlıdır ki, bu məsələni Rusiyanın üzərinə yıxsın və iki ölkə arasında münasibətlər korlansın. Bu, onların əsas maraqlarından biridir. Bizə isə maraqlı olan raketin Rusiya və ya Ermənistan tərəfindən atılmasıdır”, – o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678